Cümə axşamı, 16 iyul tarixində Kiyevdə və Ukraynanın digər şəhərlərində bir gün əvvəl elan edildiyi kimi, Müdafiə Naziri Mixaylo Fedorovu dəstəkləmək üçün etirazlar başladı. Toplananlar siyasətçinin vəzifəyə bərpa olunmasını tələb etdilər və onun işdən çıxarılmasına qarşı çıxdılar.
Herbiand.az yerli mənbələrə istinadən xəbər verir ki, Kiyevdə insanlar İvan Franko Meydanında toplaşdılar. Toplantını veteran və keçmiş döyüş həkimi Dmitri Kozyatinski təşkil edib. Etirazçılar plakatlar tutub və Ukrayna Silahlı Qüvvələrinin baş komandanından narazılıqlarını ifadə edərək "Fedorovu geri qaytarın", "Utanc" və "Sirski istefa ver" kimi şüarlar səsləndiriblər. Bir çox nümayişçi Ukrayna və Aİ bayraqları tutublar.
Kiyevdən başqa, İvano-Frankovsk, Vinnitsa, Lutsk, Xmelnitski, Lvov, Ujqorod, Dnepr, Ternopil və Odessada mitinqlər keçirilib - yəni etirazlar Ukraynanın bir neçə bölgəsini əhatə edib.