Advertisment

Finlandiya çağırışçılar üçün dron təliminə başlayır

Finlandiya müdafiə qüvvələri çağırışçılara tutucu dronların istifadəsini öyrətməyə başlayacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Hərbi Hava Hücumundan müdafiə qüvvələrinin müfəttişi Mano-Mikael Nokelaynen bildirib.

O, qeyd edib ki, bu payızda tutucu dronların istifadəsini kadr heyətilə sınaqdan keçirəcəklər: “Gələn ildən etibarən çağırışçılara onların istifadəsini öyrətməyə başlayacağıq. Tutucu dronlar Finlandiya Müdafiə Qüvvələri daxilində yaradılan əks-dron bölməsində istifadə üçün planlaşdırılır".

Bəxtiyar CƏFƏRLİ