Amerika mühəndislik və konsaltinq firması AECOM-un nümayəndələri ötən həftə Ermənistana səfər ediblər və hökumət rəsmiləri ilə birlikdə TRIPP layihə ərazisinin araşdırılmasını aparıblar.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat verib.
Səfirliyin açıqlamasında deyilir: "Ötən həftə biz Amerika mühəndislik və konsaltinq firması AECOM-un nümayəndələrini Ermənistanda qəbul etdik. AECOM komandası Ermənistan hökumətindəki tərəfdaşlarla birlikdə dəmir yolunun və iqtisadi artımı təşviq edəcək, nəqliyyat əlaqəsini inkişaf etdirəcək və regional inteqrasiyanı təmin edəcək digər infrastrukturun tikintisinə hazırlıq məqsədilə TRIPP layihə ərazisini araşdırıb".