76-cı Qvardiya Hava-Desant Diviziyasının Pskov paraşütçüləri Donetsk vilayətinin Vasilyevka kəndinin azad edilməsi zamanı bir qrup xarici muzdlu əsgəri məhv ediblər.
Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyinə verdiyi müsahibədə 237-ci alayın hücum tağımının komandiri Mixail Knyazkin məlumat verib.
Onun sözlərinə görə, düşmən öz şəxsi heyətini iki və ya üç nəfərlik kiçik qruplar şəklində evlər arasında dağıdaraq müdafiə təşkil etməyə çalışıb: “Qarnizon əsasən Ukrayna qoşunlarından ibarət idi, lakin Rusiya qüvvələri Polşa və Latın Amerikasından olan muzdlu əsgərlərin də varlığını aşkar edib”.
Knyazkin qeyd edib ki, rus bölmələri irəlilədikcə xarici döyüşçülər geri çəkilməyə çalışıblar, lakin aşkar edilərək zərərsizləşdiriliblər: “Muzdluların məhv edilməsində əsas rolu FPV pilotsuz təyyarələrinin ekipajları oynayıb. Onlar hədəfləri tez taparaq məhv ediblər”.
Bəxtiyar CƏFƏRLİ