Advertisment

Ermənistan müxalifətinin gizli planı

Gizli plan sayəsində müxalifət keçmiş parlament spikeri Alen Simonyanı istefaya məcbur etməyə müvəffəq oldu.

Herbiand.a erməni mənbələrinə istinadən xəbər verir ki, bunu "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan jurnalistlərlə söhbətində son yüksək səviyyəli hökumət dəyişiklikləri və iki aylıq ev dustaqlığı səbəbindən öz fəaliyyətinə qoyulan məhdudiyyətlər barədə şərh edərkən bildirib.

"Əlbəttə ki, azad olsaydım, daha aktiv olardım və Paşinyanı daha tez vəzifəsindən uzaqlaşdırardıq. Gizli planımıza gəldikdə isə, siz diqqətlə izləyirsiniz - biz artıq bu gizli plan çərçivəsində Alen Simonyanı vəzifəsindən uzaqlaşdırmışıq. Paşinyan bundan xəbərsiz idi", - deyə "Güclü Ermənistan" lideri bildirib. Onun qiymətləndirməsində deyilir ki, hakimiyyətin "başı" artıq yoxdur və baş nazir indi "başsız atlı"ya çevrilib.