Advertisment

Rus əsgərləri Ukraynadakı müharibədə orta hesabla 30 dəqiqə sağ qalırlar – MKİ direktoru

Rusiya əsgərləri Ukraynadakı müharibəyə çatdıqdan sonra orta hesabla 20-30 dəqiqə ərzində ölürlər.

Herbiand.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff çərşənbə, 15 iyulda Pensilvaniyada keçirilən Müdafiə və İnnovasiya Sammitində bildirib

Retkliff qeyd edib ki, kəşfiyyatımız Ukraynada gördüyünüz bəzi açıq mənbəli hesabatlarla uyğun gəlir. "Süni intellektlə işləyən dronlar ixtisaslaşmış və ucuz öldürücü maşınlara çevrildiyi üçün əsgərlərin sağ qalması daha da çətinləşir”.

MKİ rəhbəri Ukraynanın yeni texnologiyaların tətbiqinin güeclü faktora çevrildiyini və Rusiya ordusunun irəliləməsində yavaşlamaya səbəb olduğunu da əlavə edib.