Advertisment

Tacikistan son 6 ayda 900 minə yaxın xarici turist qəbul edib

Tacikistan 2026-cı ilin ilk altı ayında 889 mindən çox xarici turist qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artım deməkdir.

Herbiand.az xəbər verir ki, hesabat dövründə ölkəyə ümumilikdə 1 milyondan çox xarici vətəndaş daxil olub. Onların əksəriyyəti MDB ölkələrindən gəlib.

Məlumata görə, Tacikistanda turizm sektorunun inkişafı çərçivəsində infrastruktur genişləndirilir. Hazırda ölkədə 200-dən çox hotel, hostel və digər turizm obyektləri fəaliyyət göstərir.

Ölkədə 2030-cu ilədək Turizmin İnkişaf Strategiyası çərçivəsində yeni turizm imkanlarının yaradılması və xidmət səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir.