Müdafiə Qüvvələri Engelsdə Rusiyanın Tu-95 strateji bombardmançı təyyarəsini uğurla məhv edib.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında məlumat verib.
Xatırladaq ki, bu tip təyyarələr Rusiya tərəfindən Ukraynaya qarşı raket zərbələri üçün istifadə olunur.
"Əsgərlərimizə dəqiqliklərinə görə minnətdaram. Təhlükəsizlik Qüvvələri Engelsdə ölkəmizə qarşı Rusiyanın raket zərbələri üçün istifadə edilən Tu-95 hərbi təyyarəsini məhv etdi", - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna dövlət sərhədindən məhv edilmiş təyyarəyə qədər olan məsafə təxminən 800 kilometrdir.