2026-cı ilin birinci yarısında tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə 200 preventiv tədbir görülüb, hüquq-mühafizə orqanlarına 60 müraciət ünvanlanıb.
Bu barədə Herbiand.az -a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
"32 inzibati tənbeh qərarı qəbul edilib və qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 cinayət işi başlanılıb.
Tarix-mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun ardıcıl tədbirlər həyata keçirilib. Abidələrin mülkiyyətçiləri və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərlə abidələrin qorunması işini tənzimləyən 183 mühafizə müqaviləsi bağlanılıb", - məlumatda qeyd olunub.