Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyulun 30-u saat 08:00-dan etibarən işlər yekunlaşanadək Abşeron rayonunun bir sıra yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Herbiand.az-a bildirilib ki, fasilə Xırdalan şəhərinin bir hissəsini, Atyalı, Qobu, Hökməli, Pirəkəşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrini, həmçinin Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərini əhatə edəcək.