Advertisment

Paşinyan: Ermənistanla bağlı problemlər həll olunmasa, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfindən erməni mallarına tətbiq edilən məhdudiyyətləri tənqid edərək, problemin həll edilməyəcəyi təqdirdə bunun Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələcəyini təhlükə altına qoyacağını bildirib.

Herbiand.az xəbər verir ki, Nikol Paşinyan bu fikirləri jurnalistlər üçün brifinqdə səsləndirib.

Baş nazirin sözlərinə görə, hazırda Aİİ faktiki olaraq iflic vəziyyətindədir və normal fəaliyyət göstərmir.

"Hazırda Avrasiya İqtisadi İttifaqı faktiki olaraq iflic vəziyyətindədir və normal fəaliyyət göstərmir. Bu, təkcə Ermənistanın deyil, bütün birliyin problemidir. Ermənistanın Aİİ-dən çıxmaq planı yoxdur. Bununla belə, Ermənistanın öz alternativlərini formalaşdırmaq üçün legitim hüququ var. Mən bunu Rusiya Prezidenti Vladimir Putinə də demişəm. Ermənistan bu yolla irəliləyəcək. Seçkiqabağı dövrdə də dediyim kimi, biz elə vəziyyətə düşməməliyik ki, Ermənistanın alternativi olmasın. Alternativsiz dövr artıq geridə qalıb", – deyə Nikol Paşinyan bildirib.