Advertisment

Rus ordusu yeni üzən dəmir yolu körpüsü alacaq

Yeni NJM-2020 üzən dəmir yolu körpüsü dövlət sınaqlarından keçib və istifadəyə verilməyə hazırlaşır.

Herbiand.az bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Dəmir Yolu Qoşunları İdarəsinin rəisi, general-leytenant Oleq Kosenkov "Krasnaya zvezda"ya verdiyi müsahibədə açıqlayıb.

Kosenkov qeyd edib ki, körpü sovet analoqu ilə müqayisədə daha böyük yükdaşıma qabiliyyətinə və tikinti sürətinin artmasına malikdir: “Bu körpünün istifadəyə verilməsi körpülərin daha tez qurulmasına və ağır müasir qatarların yerləşməsinə imkan verəcək”.

Bəxtiyar CƏFƏRLİ