Advertisment

Litva kəşfiyyatı: Rusiya Baltikyanı ölkələrə hücum etmək üçün Ukrayna dronlarından istifadə edə bilər

Litva hərbi kəşfiyyatının hesabatına görə, Rusiya Baltikyanı bölgədəki vacib infrastruktura hücum etmək üçün ələ keçirilmiş Ukrayna istehsalı olan dronlardan istifadə etməyi düşünür.

Herbiand.az bildirir ki, bu barədə LRT nəşri məlumat verib.

Hesabata görə, Rusiya hücumla bağlı qeyri-müəyyənlik yaratmaq və NATO ərazisinə edilən hər hansı bir zərbəyə görə məsuliyyəti gizlətmək üçün ələ keçirilmiş Ukrayna dronlarından istifadə edə bilər.

Litvanın müdafiə naziri Robertas Kaunas da bu qiymətləndirməni təsdiqləyib: "Bizdə Rusiyanın Baltikyanı bölgədəki vacib infrastrukturlara qarşı qeyri-ənənəvi kinetik hücumları nəzərdən keçirdiyinə dair məlumat var. Rusiyanın bu məqsədlə Ukrayna istehsalı olan dronlardan istifadə edə bilməsi olduqca mümkündür".

Lakin o, potensial hədəflər və ya mümkün hücumların vaxtı barədə ətraflı məlumat verməyib.

Bəxtiyar CƏFƏRLİ