Ermənistanlı sahibkar, xeyriyyəçi və "Güclü Ermənistan" hərəkatının lideri Samvel Karapetyan Bütün Ermənilərin Katolikosu və altı arxiyepiskopla bağlı məhkəmə prosesini sərt tənqid edib.
Karapetyan avqustun 6-da jurnalistlərə açıqlamasında məhkəmə prosesini "bütün ermənilər üçün milli rüsvayçılıq" kimi qiymətləndirib.
Onun sözlərinə görə, hakimiyyətin Erməni Apostol Kilsəsinə münasibətdə mövqeyini dəyişəcəyinə dair gözləntilər olsa da, bu istiqamətdə addımların davam etdiyini bildirib.
"Görəcəyik", – deyə Karapetyan vəziyyətlə bağlı qısa şərh verib.
O, həmçinin rəhbərlik etdiyi "Güclü Ermənistan" hərəkatının nümayəndələrinin sabah keçiriləcək ilk məhkəmə iclasında iştirak edəcəyini və öz mövqelərini məhkəmə qarşısında ifadə edəcəklərini açıqlayıb.
Qeyd edək ki, Samvel Karapetyana qarşı açılmış cinayət işi onun Erməni Apostol Kilsəsini müdafiə edən açıqlamasından sonra başlanıb. İlk məhkəmə iclasının yaxın günlərdə keçirilməsi nəzərdə tutulur.