Advertisment

Tramp: İran heç bir halda nüvə silahı əldə etməməlidir

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almağın əsas prioritet olduğunu açıqlayıb.

“Armenpress”in məlumatına görə, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

“Bir məqsəd var və həmişə də olacaq: İran heç bir halda, heç bir formada nüvə silahı əldə etməməlidir”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin bu məsələyə göstərilən diqqətə görə təşəkkür edib.