Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan hərbçilər arasında mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu da yer alıblar. Onların hər ikisi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Baxış Baxışlı və Əli Nağıyev 2024-cü il iyulun 9-da DSX Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə vəzifələrini yerinə yetirərkən ildırım vurması nəticəsində şəhid olublar.
Onların dövlət sərhədinin mühafizəsi zamanı göstərdikləri xidmət və fədakarlıq dövlət səviyyəsində yüksək qiymətləndirilib.
.png)
Baxış Baxışlı
.jpg)
Əli Nağıyev