Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram kanalında yaydığı məlumatda hadisənin avqustun 16-na keçən gecə Kamensk-Şaxtinski şəhərində yerləşən müəssisədə baş verdiyini açıqlayıb.
Bəyanatda qeyd olunur ki, zərbədən sonra partlayıcı maddələr və raket yanacağı komponentləri istehsal edən iki emalatxananın dağıldığı, daha dörd istehsalat sahəsinin isə zədələndiyi təsdiqlənib.
Ukrayna Baş Qərargahının məlumatına görə, Kamenski Zavodu Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdən biridir. Zavod “Uraqan”, “Smerç” və “Tornado-S” reaktiv yaylım atəş sistemləri, eləcə də müxtəlif raket sistemləri və havadan buraxılan silahlar üçün bərk raket yanacağı istehsal edir.