Advertisment

Məsrur Bərzaninin ofisi dron hücumuna məruz qalıb

İraqın Kürdüstan regionunun Baş naziri Məsrur Bərzaninin Ərbil şəhərində yerləşən ofisinə dronlarla hücum edilib.

Bu barədə “Rudaw” nəşri xəbər yayıb.

Məlumata əsasən, hücum zamanı ofisə İrana məxsus olduğu bildirilən iki “Hadid 110” zərbə dronu ilə zərbə endirilib. Eyni zamanda, Ərbil vilayətinin Pirmam rayonunun təhlükəsizlik xidmətinin rəhbərinin iqamətgahının da hücumun hədəfi olduğu bildirilib.

Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Kürdüstan regionunun yerli hakimiyyəti hücumu pisləyərək, hadisəni “tamamilə qəbuledilməz” kimi qiymətləndirib.