Advertisment

Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb

Hörmüz boğazı dəniz blokadası və neft sanksiyaları ləğv olunmayana qədər açılmayacaq.

Herbiand.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf deyib.

O bildirib ki, blokadanın ləğvi, İranın bloklanmış aktivlərinin azad edilməsi, neftlə bağlı sanksiyaların aradan qaldırılması, eləcə də, bütün cəbhələrdə müharibənin dayandırılması və ABŞ-la əldə olunmuş memorandumun digər şərtləri yerinə yetirilməyənə qədər Hörmüz boğazı bağlı qalacaq.

Qalibafın sözlərinə görə, anlaşma memorandumu ilə atəşkəs İranın iqtisadi və hərbi gücünün artırılması üçün yaxşı fürsət olub.

Parlamentin sədri İrana qarşı yeni hücumun bunu edənlər üçün əvvəlkindən daha böyük məğlubiyyətlə nəticələnəcəyini vurğulayıb.