Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2008-ci ilin avqust ayında baş verən silahlı münaqişəni dövlət üçün vacib bir dərs adlandırıb.
Herbiand.az xəbər verir ki, baş nazir bu barədə hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Kobaxidze 2008-ci ildə Rusiya qoşunlarının Cənubi Osetiya və ətraf bölgələrdə Gürcüstanı sülhə məcbur etmək üçün əməliyyat keçirdiyi hadisələrlə bağlı çıxışlarında günahı əvvəlki Gürcüstan rəhbərliyinə atıb: “O zaman verilən qərarların ciddi nəticələri var idi. 2008-ci il müharibəsi vacib bir dərsdir. Bu, bir daha təsdiqləyir ki, Gürcüstanın təhlükəsizliyi və dövlət maraqları digər dövlətlərin xoşməramlılığından asılı ola bilməz”.
Hökumət başçısı qeyd edib ki, ölkənin taleyi üçün əsas məsuliyyət onun hakimiyyəti və xalqının üzərindədir: “Hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, Gürcüstanın milli maraqları rəhbərliyin prioriteti olaraq qalmalıdır”.
Bəxtiyar CƏFƏRLİ