Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin möhtəşəm Naxçıvan səfərinin hərbi komponenti də xüsusi diqqət çəkir.
Azərbaycanın inkişaf fəlsəfəsində iqtisadiyyatla təhlükəsizlik bir-birindən ayrılmır. – Yeni komando qüvvələrinə döyüş bayrağının təqdim olunması, Əlahiddə Ümumqoşun Ordunun döyüş imkanlarının nümayişi və Naxçıvanın müdafiə potensialının gücləndirilməsi deyilənləri bir daha göstərdi.
Azərbaycan özünün strateji qovşağını yalnız iqtisadi baxımdan inkişaf etdirmir, onu eyni zamanda güvənli şəkildə qoruyur.
Naxçıvanın coğrafiyasına baxanda bunun səbəbi apaydındır.
Belə həssas məkanda hərbi güc sabitliyin sığortasıdır.
Güclü Azərbaycan Ordusu artıq ölkənin ərazi bütövlüyünün təminatçısı olmaqla birgə, bölgədə yaranmış yeni geosiyasi gerçəkliyin əsas dayaqlarından biridir.
Ona görə Naxçıvanda dalğalanan döyüş bayrağı həm də dövlət iradəsinin ifadəsidir.
Naxçıvanda bayraq daha da ucalaraq yalnız hərbi törənin atributu olmaqdan çıxıb, üstün anlam qazanır.
Bayrağımız həmişə uca olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI