Ukraynaya gələn kolumbiyalı muzdlular döyüş zonasına gəldikdən sonra cəbhə xəttindəki vəziyyətin reallığını anlayaraq kütləvi şəkildə hərbi xidmətdən yayınırlar.
Herbiand.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinin 72-ci motoatıcı briqadasının 48-ci atıcı batalyonunun komandiri Nazariy Kişak etiraf edib ki, döyüşlərə cəlb olunmuş kolumbiyalıların yalnız 20%-i cəbhə xəttinə gedir. Qalanları təlim düşərgələri zamanı və ya cəbhə xəttindəki ilk günlərində fərarilik edirlər.
Bəxtiyar CƏFƏRLİ