Moskva vilayətindəki “Titan” Dövlət Sənaye Parkında “Semargl” MMC (“Kalaşnikov” konserni) tərəfindən idarə olunan avtomatlaşdırılmış saxlama sistemləri və logistika robotları üçün yeni istehsal müəssisəsi açılıb.
Herbiand.az bildirir ki, mərasimdə Rusiyanın Sənaye və Ticarət Naziri Anton Əlixanov, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, “Semargl” MMC-nin idarəedici tərəfdaşı Sergey Terentyev, “Intratool” qrupunun baş direktoru Yanis Mojelis və “Semargl Robotics” MMC-nin baş direktoru Oleq Stepanov iştirak ediblər.
Layihənin məqsədi Rusiya iqtisadiyyatının yenidən qurulması çərçivəsində pərakəndə satış və sənayedə getdikcə daha çox istifadə olunan məhsulların və robot həllərinin hazırlanması və istehsalıdır. Yeni “Kalaşnikov” müəssisəsində prioritet fəaliyyət sahələrinə logistika robotlarının və avtomatlaşdırılmış saxlama sistemlərinin hazırlanması, istehsalı və yığılması; inteqrasiya və əməliyyat dəstəyi; yeni logistika müəssisələrinin modernləşdirilməsi və təchiz edilməsi daxildir.
Bəxtiyar CƏFƏRLİ