Advertisment

Zaxarova: Ermənistanda Rusiyayönlü siyasətçilərə təzyiqlər davam edir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda Rusiya ilə yaxın münasibətlərin tərəfdarı olan siyasətçilərə qarşı təzyiqlərin davam etdiyini iddia edib.

Zaxarovanın sözlərinə görə, Moskva Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etmir, lakin ölkədə baş verənlərə münasibət bildirmək hüququna malikdir.

Diplomat Rusiyanın müttəfiqliyini dəstəkləyən siyasi qüvvələrə qarşı “real repressiyaların” həyata keçirildiyini bildirib. O, bu siyasətin Ermənistan cəmiyyətinin Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinə olan tələbi ilə ziddiyyət təşkil etdiyini qeyd edib.

Zaxarova, həmçinin Avropa İttifaqının Ermənistanda Rusiyayönlü siyasətçilərə qarşı təzyiqlərə münasibət bildirməməsini tənqid edib.