Advertisment

Kurqanda xüsusi hərbi əməliyyatlar veteranları üçün idman festivalı keçiriləcək

22 və 23 avqust tarixlərində Kurqanda "Rusiya idmanı" dövlət proqramının dəstəyi ilə xüsusi hərbi əməliyyatlar veteranları üçün güc idmanı festivalı keçiriləcək.

Herbiand.az xəbər verir ki, bu barədə Kurqan vilayəti bədən tərbiyəsi və idman idarəsindən bildirilib.

İştirakçılar üç idman növü üzrə yarışacaqlar: qol güləşi, gilt qaldırma və uzanılı vəziyyətdə pauerliftinq.

Qaliblər pul mükafatı ilə təltif olunacaqlar - I yer 5000 rubl, II yer 3000 rubl, III yer 2000 rubl.

Bəxtiyar CƏFƏRLİ