Advertisment

Rusiya və Ukrayna arasında növbəti böyük məhbus mübadiləsi olacaq

Rusiya və Ukrayna hazırda yeni "kifayət qədər böyük" məhbus mübadiləsi üçün siyahıları əlaqələndirirlər.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Yana Lantratova bildirib.

"Biz yenə kifayət qədər böyük mübadilə hazırlayırıq, siyahılar dəqiqləşdirilir", - Lantratova deyib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında sonuncu böyük məhbus mübadiləsi 19 avqustda baş tutub.

Bəxtiyar CƏFƏRLİ