Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Qarabağın yenidən qurulmasında vətəndaş cəmiyyəti və medianın rolu” layihəsinin icrasını yekunlaşdırıb.
Bu barədə məlumat verən birlik sədri Asəf Quliyev bildirib ki, işğaldan azad olunmuş Ağdamda foks qruplarda görüşlər və dəyirmi masa keçirilib.
Əldə olunmuş informasiyalar əsaslında geniş hesabat hazırlanır.
Birlik sədrinin sözlərinə görə hesabatda mövcud durum, Vətəndaş cəmiyyəti strukturlarının yaranmış situasiyaya təsir imkanları və bu yöndə görülməli işlər öz əksini tapacaq.