Ukrayna Ali Radasının Müvəqqəti İstintaq Komissiyası keçmiş müdafiə naziri Mixail Fedorovu iclasa çağırıb.
Herbiand.az bildirir ki, bu barədə deputat Aleksey Qonçarenko məlumat verib.
O, deyib ki, iclas 31 avqusta planlaşdırılıb: “Fedorovdan Timur Mindiçin rəhbərlik etdiyi enerji sektorunda böyük korrupsiya sxemini aşkar etməyə yönəlmiş təhlükəsizlik qüvvələrinin "Midas" əməliyyatı ilə bağlı məlumat gözlənilir. Komissiyanın cənab Mixailə çoxlu sualı var. Onlara cavab almaq istəyirik”.
Bəxtiyar CƏFƏRLİ