Azərbaycan və Çin prokurorluqları arasındaimzalanan Anlaşma Memorandumu ikitərəfli əməkdaşlığımızda yeni bir mərhələnin başlanğıcı olacaq.
Herbiand.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ali Xalq Prokuroru Yinq Yonq Baş Prokuror Kamran Əliyevlə görüşdə deyib.
O, vurğulayıb ki, Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdırlar:
"Ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm tərkib hissəsidir. Bir qədər əvvəl Azərbaycanın Baş prokuroru Kamran Əliyev məni Prokurorluğun yaradılmasının 100 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə təltif etdi. Bu, Azərbaycan Baş Prokurorluğunun Çin prokurorluğu ilə çox dərin dostluq münasibətlərinə malik olduğunu və iki qurum arasında əməkdaşlığa böyük əhəmiyyət verdiyini göstərir".