Bolqarıstan Hərbi Dəniz Qüvvələri ölkənin Qara dəniz sahillərində pilotsuz uçuş aparatlarını və onların fraqmentlərini aşkar etmək və zərərsizləşdirmək üçün bir sıra əməliyyatlar həyata keçirib.
Herbiand.az bildirir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Qara dənizdə aşkar edilən iki dron sınaq partlayışı yolu ilə sularda hərbi personal tərəfindən məhv edilib. Yoxlamadan sonra daha iki obyekt “Varna” Hərbi Dəniz Bazasına daşınıb. Xüsusilə, Kabakum yaxınlığındakı sahildə partlayıcı maddə olmayan bir dron tapılıb. Bundan əlavə, Kamçiya kurortunun yaxınlığındakı sudan hərbi PUA qanadının bir fraqmenti çıxarılıb.
Bəxtiyar CƏFƏRLİ