Advertisment

Gerasimov son zərbələrlə bağlı Putinə məruzə edib

Rusiya hərbi qüvvələri Ukraynanın enerji infrastrukturu obyektlərinə zərbələr endirməyə başlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, strateji körpülər də hədəfə alınıb: "Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün istifadə edilən dəmir yolu nəqliyyatı obyektlərinə və məlumat mərkəzlərinə zərbələr endirilir".

Gerasimov əlavə edib ki, 9 Ukrayna metallurgiya müəssisəsi zərbə alıb və onlarda istehsal dayandırılıb.

Putin Ukraynaya endirilən zərbələri təsirli və vaxtında adlandırıb: “Çünki bunlar avadanlıqların, sursatın çatdırılmasını və döyüş təması sahəsində personalın rotasiyasını, müdafiə-sənaye müəssisələrinin imkanlarını pozur”.

Bəxtiyar CƏFƏRLİ