Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,6 milyon tondan çox neft, 632 milyon kubmetrə yaxın qaz emal edilib.
SOCAR-dan Herbiand.az -a verilən məlumata görə, SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Məlumata görə, neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,8% artım qeydə alınıb.