Advertisment

“Rostelekom” xarici təhdidlərə görə yeraltı məlumat mərkəzləri yaradır

Rusiyanın “Rostelekom” rabitə operatoru xarici təhdidlərə görə gücləndirilmiş qoruma ilə yeraltı məlumat mərkəzləri yaratmaq üzərində işləyir.

Herbiand.az xəbər verir ki, bu barədə şirkətin yüksək vəzifəli meneceri Vedomosti nəşrinə bildirib.

Danışıqlardan məlumatlı olan mənbə nəşrə deyib ki, “Rostelekom” hazırda “Nornikel” ilə belə bir məlumat mərkəzinin yaradılması barədə danışıqlar aparır.

Nəşrin başqa bir mənbəyi “Rostelekom”-un yeraltı məlumat mərkəzlərini yerləşdirmək planlarını təsdiqləyib.

“Rostelekom”-un yüksək vəzifəli menecerinin sözlərinə görə, bu cür obyektlər ən təhlükəsiz hesab olunur, çünki onların üç səviyyəli mühafizəsi var.

Qeyd edək ki, Ukrayna dronları oktyabrın birinci yarısında “Yandex”in Ryazan, Kaluqa və Vladimirdəki məlumat mərkəzlərinə hücum edib.

Bəxtiyar CƏFƏRLİ