“Yaşı 45-dən yuxarı əksər insanımız SSRİ dövlətində yaşayıb və Sovet dövlətinə maaşından 24 %-ə qədər müxtəlif vergilər verib. Amma SSRİ dağılandan sonra heç kim soruşmur ki, bu vergilər ha getdi? Axı insanlar o ölkədə çalışıb, mən şəxsən orada 14 il işləmişəm.
Rusiya mənim niyə bu 14 il təqaüdümü verməməlidir? 1991-ci ildə Sovet İttifaqı yarananda Rusiya Federasiyası SSRİ-nin rəsmi varisi elan edildi. Hesab edirəm ki, mənim kimi vətəndaşlar Rusiya dövlətini beynəlxalq məhkəməyə verməlidir”.
Herbiand.az xəbər verir ki, bunu tanınmış yazıçı Yunus Oğuz özünü video-müraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya özünü SSRİ-nin varisi elan edib, bir çox dövlətlərə borcunu ödəyibsə, bəs SSRİ-nin vətəndaşı olduğu insanlara niyə təqaüdünü ödəmir? Axı vətəndaşlara da borcunu ödəməlidir. “Onlar işləyiblər, vergi veriblər. Mən o insanları, o cümlədən vəfat edənlərin varislərini çağırıram ki, bu məsələyə diqqətlə yanaşsınlar.
Bu məsələ əslində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsələsidir. Onlar Rusiya hökuməti qarşısında məsələ qaldırmalıdır və kimin stajı varsa, SSRİ vaxtından onun təqaüdü verilməlidir”-deyə, yazıçı bildirib.
Aydın