Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampı təltif edib. Hebriand.az xəbər verir ki, Melaniya birinci dərəcəli “Knyaginya Olqa” ordeninə layiq görülüb.
Bununla bağlı müvafiq fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.
Fərmanda qeyd olunur ki, Melaniya Tramp Ukraynaya göstərdiyi humanitar dəstəyə, hüquq müdafiəsi və xeyriyyəçilik sahəsində fəaliyyətə, eləcə də Ukrayna ərazisindən qanunsuz deportasiya edildiyi bildirilən uşaqların və vətəndaşların xilasına verdiyi töhfəyə görə təltif edilib.
Məlumata görə, Melaniya Trampın təşəbbüsü ilə Xerson vilayətinin Oleşki şəhərinin sakinlərinin təxliyəsi üzrə humanitar missiya həyata keçirilib. Missiya çərçivəsində şəhər sakinlərinə humanitar yardım göstərilib, təxliyə olunmaq istəyənlərə isə Rusiya və ya Ukraynanı seçmək imkanı yaradılıb. Melaniya Tramp bu humanitar təşəbbüsün sülhə aparan prosesin başlanğıcı olmasına çağırış edib.
Aydın