Advertisment

Avropa Rusiya tankerlərinə qarşı pilotsuz qayıqlardan istifadə etməyi planlaşdırır

Avropa ölkələri sanksiya təzyiqindən sonra pilotsuz qayıqlardan istifadə etməklə Rusiyanın dəniz ixracına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Bu əməliyyatlar Rusiyanın sözdə "kölgə donanması" adlandırılan gəmilərini hədəfə ala bilər. Dəniz dronlarının yerləşdirilməsi üçün əsas ərazilər Baltik və Şimal dənizləridir.

Herbiand.az bildirir ki, buna rəhbərlik etmək üçün Britaniya nüvə sualtı qayığının keçmiş komandiri Stiven Brayan təyin ediləcək.

Bu arada Almaniyanın Stark Defence şirkəti Vanta 24 pilotsuz qayıqlarının kütləvi istehsalına başlandığını elan edib. Yeni 24 metr uzunluğundakı aparatlar Rusiya ilə əlaqəsi olduğu şübhəli bilinən tankerlərin davamlı müşahidəsi, eləcə də dənizin dibi boyunca çəkilmiş kabellərin qorunması üçün nəzərdə tutulub.

Vanta 24-ün imkanları kəşfiyyat və patrul missiyaları ilə məhdudlaşmır. Gəmi saatda 64 km-dən çox sürətə çata və 50 tona qədər faydalı yük daşıya bilir. Onun dizaynı həmçinin artilleriya və raket silahlarının yerləşdirilməsinə imkan verir. Potensial təhdidləri aşkar etmək üçün 100 kilometrə qədər məsafədə radar siqnallarını tuta bilən elektron müharibə sensoru ilə təchiz edilib.

Bəxtiyar CƏFƏRLİ