Rusiya Dövlət Dumasının deputatı və politoloq Aleksandr Asafov Ukraynanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü məsələsinin danışıqlar prosesində müzakirə oluna biləcəyini bildirib.
Herbiand.az xəbər verir ki, o, bu barədə gazeta.ru-ya açıqlamasında danışıb.
Deputatın sözlərinə görə, Kiyevin NATO-ya üzvlüklə bağlı tələblərində müəyyən yumşalma müşahidə olunur və diqqət daha çox Avropaya inteqrasiya məsələsinə yönəlir.
Asafov Ukrayna tərəfinin mövqeyindəki dəyişikliklərlə bağlı açıqlamaların ehtiyatla qiymətləndirilməli olduğunu vurğulayıb.
O, qeyd edib ki, danışıqlar prosesi bu məsələ üzərində qurularsa, Ukraynanın Aİ-yə üzvlüyü müzakirə edilə bilən mövqe ola bilər.
Bundan əvvəl Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva ölkənin Avropa İttifaqına üzvlüyünün təhlükəsizlik təminatlarının tərkib hissəsi və gələcək sülh razılaşmalarının ayrılmaz elementi olmalı olduğunu bildirib.
Aydın