Moskvada dronları məhv etmək üçün hazırlanmış modernləşdirilmiş zenit qurğuları təqdim edilib. Yeni modelləri “Kordon” şirkəti “OrelExpo 2026” beynəlxalq silah və ov avadanlığı sərgisində təqdim edib.
Herbiand.az bildirir ki, tərtibatçılar PKM, “Peçeneq”, “Utes” və “DP-27” pulemyotları ilə uyğun bir neçə qüllə, eləcə də AK-74 və AK-12 avtomatları hazırlayıblar.
Bu cür sistemlərə könüllü mobil atəş dəstələri arasında tələbat xüsusilə yüksəkdir. Şirkət nümayəndəsi bildirib ki, bu bölmələr müvafiq lisenziya əsasında Rusiya Milli Qvardiyasından silah alırlar. Xüsusilə, onlar anbarlardan 7.62 mm-lik tüfəng patronları üçün DP-27 və DPM-27 pulemyotları alır.
Təqdim olunan nümunələr artıq tələb olunan sınaqlardan keçib və xüsusi hərbi əməliyyat zonasında istifadə olunur.
Bəxtiyar CƏFƏRLİ