Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb.
“Reuters“ xəbər verir ki, bu barədə telekanal bəyanat yayıb.
Bəyanatda bildirilib ki, “Sky” təhlükə barədə məlumat alan bir neçə media təşkilatından biridir. Təhdid qiymətləndirilib və məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilib.
“Əməkdaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Personalımızın və fəaliyyətimizin təhlükəsizliyini təmin etmək üçün səlahiyyətli orqanlarla sıx əməkdaşlıq edirik”, – bəyanatda qeyd olunub.
Hadisə İrlandiyanın dövlət yayımçısı "RTÉ"nin binasının bomba təhdidinə görə təxliyə edilməsindən bir neçə saat sonra baş verib. İrlandiyada bir sıra media qurumlarının ofisləri də təhdidlərə görə boşaldılıb.