Advertisment

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

Qarabağ Zəfərinin 6-cı ildönümündə sizinlə olmağın bəxtiyarlığı içindəyəm.

Herbiand.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib.

Türkiyə Prezidenti bildirib ki, bu gün Şuşada olmaqdan məmnunluq duyur: “6 il əvvəl İlham qardaşımın iradəsi ilə tək vücud olan Azərbaycan xalqı Qarabağı azadlığına qovuşdurub. Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur”.