Advertisment

BMT diplomatın vəfatı ilə bağlı başsağlığı verib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Herbiand.az xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Fərhan Haq “RİA Novosti” agentliyinə açıqlamasında bildirib.

O qeyd edib ki, təşkilat Aleksandr Darçiyevin vəfatı ilə əlaqədar onun ailəsinə və Rusiya hökumətinə başsağlığı verir.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomat noyabrın 11-də, 66 yaşında vəfat edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 2025-ci il martın 6-da Aleksandr Darçiyev Rusiyanın ABŞ-dakı səfiri vəzifəsinə 2025-ci il martın 6-da təyin edilmişdi.

Aydın

Herbiand.az