Macarıstanda ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı, iş adamı Aron Orban həbs edilib.
Herbiand.az xəbər verir ki, bu barədə Budapeşt şəhər məhkəməsinin rəsmi nümayəndəsi Gergö Bozo TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məhkəmə iş üzrə bütün şübhəlilərə qarşı irəli sürülən ittihamların əsaslı olduğunu hesab edib və onların istintaqdan yayınmaq ehtimalını nəzərə alaraq həbs qərarı verib.
Aron Orban və onun tərəfdaşları Vyetnamdan Avropaya qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinirlər.
İddiaya görə, onlar Macarıstanın səfirlikləri vasitəsilə Şengen vizalarının rəsmiləşdirilməsinə kömək edib və bunun müqabilində pul alıblar.
Viktor Orbanın qardaşının 2024-cü ildə bu yolla 100-dən çox şəxsə xidmət göstərdiyi iddia edilir.
Aydın