Bolqarıstan ordusunun artilleriya imkanlarını gücləndirmək məqsədilə Fransadan 57 ədəd 155 millimetrlik CAESAR özüyeriyən haubitsası alınması planlaşdırılır.
Herbiand.az xəbər verir ki, hökumət satınalma layihəsini parlamentin təsdiqinə təqdim edib.
Tədarük haubitsalarla yanaşı, onlar üçün sursat və texniki dəstək avadanlıqlarını da əhatə edəcək.
Yeni sistemlərin Avropa İttifaqının SAFE maliyyələşdirmə mexanizmi çərçivəsində alınması nəzərdə tutulur.
Bu satınalma ilə Bolqarıstanın arsenalında yer alan Sovet istehsalı 2S1 “Qvozdika” özüyeriyən və D-20 yedəyə alınan haubitsalarının daha müasir sistemlərlə əvəzlənməsi hədəflənir.
Fransanın “KNDS France” şirkətinin istehsalı olan CAESAR standart sursatla 40 kilometrdən, xüsusi reaktiv mühərrikli sursatlarla isə 55 kilometrdən artıq məsafədəki hədəfləri vura bilir.
Dəqiqədə altı atəş açmaq imkanına malik sistem atəş tapşırığından sonra təxminən 1 dəqiqə 40 saniyə ərzində mövqeyini dəyişə bilir ki, bu da onun əks-batareya zərbələrindən yayınma imkanlarını artırır.
Aydın