Advertisment

Kiyevdə dalbadal partlayışlar: Paytaxtda nəqliyyat iflic oldu

Ukraynanın paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı elan edildikdən sonra bir neçə partlayış baş verib.

Herbiand.az xəbər verir ki, bu barədə noyabrın 17-də axşam saatlarında “Ukrinform” agentliyinin telegram kanalı məlumat yayıb.

Məlumata görə, partlayış səsləri şəhərin müxtəlif ərazilərində eşidilib.

Partlayışların səbəbi və nəticələri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda Şimal və Cənub körpülərinin bağlanmasından sonra Kiyevdə ciddi nəqliyyat sıxlığının yarandığı bildirilmişdi.

Xüsusilə Şimal körpüsü yaxınlığında hərəkət iflic olub, şəhərin sol sahilindən sağ sahilinə doğru böyük avtomobil tıxacları yaranıb.

Aydın

Herbiand.az