ABŞ-da müstəntiqlər cinayətdən 41 il keçməsinə baxmayaraq Pensilvaniya ştatından olan məktəbli qızın qatilini müəyyən ediblər.
Herbiand.az bildirir ki, bu barədə People nəşri xəbər verir.
16 yaşlı Lotti Co Qann məktəbli 24 may 1985-ci ildə Şimali Hantinqdonda yol kənarında huşsuz vəziyyətdə tapılıb. Cinayətkar qıza bir neçə dəfə bıçaq zərbəsi endirib, onu xilas etmək mümkün olmayıb.
13 noyabr 2026-cı ildə rayon prokurorluğu 61 yaşlı Ceyms Kruçekə qarşı ittiham irəli sürüb. Onu cinayət yerində tapılan bioloji materialların geniş DNT testi vasitəsilə müəyyən etmək mümkün olub.
Bəxtiyar CƏFƏRLİ