Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Kasatonov” freqatı ekipaj təlimi zamanı simulyasiya edilmiş düşmənin dəniz hədəflərinə yüksək dəqiqlikli zərbə endirməyi məşq edib.
Herbiand.az bu barədə Şimal donanmasına istinadən xəbər verir.
Məlumata görə, elektron buraxılış 300 kilometrdən çox məsafədə həyata keçirilib: "Gəminin döyüş heyətləri simulyasiya edilmiş hava hədəflərini izləməyi və onları artilleriya ilə məhv etməyi məşq ediblər".
Bəxtiyar CƏFƏRLİ