Advertisment

Füzuli rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

 Füzuli rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

 Füzuli 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Füzuli 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. 

Xocalı, Ağdərə, Füzuli, Xocavənd, Laçın, Qubadlı və Şuşa rayonu üzrə vətəndaşlar 19 noyabr 2026-cı ildən etibarən Füzuli 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

 Füzuli 1 saylı mediasiya təşkilatının məlumatları:

Təşkilatın direktoru: Muradov Bahadır Allahverdi oğlu

Təşkilatın ünvanı: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti, giriş 91

 Telefon: +994 (55) 898 40 22

E-mail: fuzuli1@mediasiya.gov.az

Murad Muradlı