Advertisment

Makrondan Moskvanı qıcıqlandıracaq addım:Ukrayna yenidən gündəmdə

Ukraynanın NATO-ya üzvlüyü məsələsi Rusiya-Qərb münasibətlərində əsas mübahisə mövzularından biri olaraq qalır.

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya üzvlüyü məsələsini yenidən müzakirəyə çıxarmaq niyyətindədir.

Fransa lideri bunun üçün hazırkı dövrü münasib vaxt hesab edir.

Makronun fikrincə, münaqişə başa çatdıqdan sonra Ukrayna kifayət qədər böyük silahlı qüvvələrə və əhəmiyyətli hərbi arsenalına malik olacaq.

Bu səbəbdən Fransa Prezidenti ölkənin NATO-ya üzvlüyü məsələsinin yenidən müzakirə olunmasını vacib sayır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynanın NATO-ya daxil olmasının Moskva üçün qətiyyən qəbuledilməz olduğunu bildirmişdi.

Putin Ukraynanın təhlükəsizliyini təmin etmək hüququnun olduğunu, lakin bunun Rusiyanın təhlükəsizliyinə zərər vurmamalı olduğunu vurğulamışdı.

Rusiya lideri həmçinin Ukraynanın əvvəllər neytral dövlət olmaq öhdəliyi götürdüyünü xatırladaraq, Qərbin Moskvanın bu mövqeyini nəzərə almadığını iddia etmişdi.

Aydın

Herbiand.az