Rusiyanın Saratov vilayətinin Krasnoarmeysk rayonuna pilotsuz uçuş aparatları ilə hücum nəticəsində üç nəfər ölüb, daha iki nəfər yaralanıb.
Herbiand.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Busarqin məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində mülki infrastruktur obyektlərinə də ziyan dəyib.
Hadisə yerində müvafiq xidmətlərin işlədiyi bildirilir. Yaralıların vəziyyəti və dağıntıların miqyası barədə əlavə məlumat verilməyib.