Advertisment

Qazaxda iki nəfər bıçaqlanıb

Qazaxda iki kişi bıçaqlanıb.

Herbiand.az bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki rayon sakinləri 1996-cı il təvəllüdlü N.Mustafayev və C.Kazımov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstəyə yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici alətlə N. Mustafayevə və C. Kazımova daxilə keçməyən xəsarət yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.

Araşdırmalar davam etdirlir.